Xalq artisti Arif Babayevin son vəziyyəti
28 iyul 2025 11:06 (UTC +04:00)

Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalıir.

Lent.az bildirir ki, bu barədə Mərkəzi Klinikanın Baş həkimi Kamran Musayev məlumat verib.

O bildirib ki, xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, iyulun 23-də saat 17:30-də Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar