Sabah XI sinif şagirdlərinin attestat qiyməti elan olunacaq
19 iyun 2009 20:30 (UTC +04:00)

Sabah XI sinif şagirdlərinin attestat qiyməti elan olunacaq

İmtahanda iştirak edə bilməyənlər iyunun 23-də yenidən imtahan verəcək

Orta məktəblərin XI siniflərində mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən buraxılış imtahanlarının cavab kartları artıq oxunub. Respublikanın bütün ümumtəhsil məktəblərində 3-16 iyun tarixlərində keçirilmiş orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə dair məlumatlar müvаfiq rayonlara göndərilib. Attestata yazılacaq yekun qiymətlər iyunun 20-də açıqlanacaq.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə görə attestata yazılacaq yekun qiymətlər iyunun 21-dək www.edu.gov.az saytında yerləşdiriləcək və yerlərə göndəriləcək.

Nazirlikdə onu da bildirirlər ki, imtahanın nəticələrindən narazı qalan şagirdlər və onların valideynlər apelyasiya komissiyasına müraciət edə bilər. Həmin komissiyalar iyunun 22-dən 30-dək fəaliyyət göstərəcək. Komissiyaya yalnız imtahan zamanı cavab kartlarını digər şagirdlərlə səhv salan XI sinif şagirdləri müraciət edə bilər.

Üzrlü səbəbdən imtahanda üzrlü səbəbdən iştirak edə bilməyənlər isə iyunun 23-də yenidən imtahan verəcək.

Elxan SALAHOV
# 1113

Oxşar yazılar