“İçərişəhər”də avtomobillərin rahat hərəkəti mümkün olmayacaq
19 iyun 2009 14:15 (UTC +04:00)

“İçərişəhər”də avtomobillərin rahat hərəkəti mümkün olmayacaq

“İçərişəhər”də müasir biznes mərkəzlərinə oxşar şərait yaratmaq, məhdudiyyətsiz sayda avtomobillərin rahat gediş-gəlişini təşkil etmək, yaxud çoxmərtəbəli binalar tikmək mümkün olmayacaq”. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib: “Məhdudiyyətlər hamı üçün eynidir. Biz burada fərqli siyasət həyata keçirə bilmərik. İçərişəhərdə və ya şəhərin digər hissəsində olmaq həmin qurumların müstəqil qərarıdır. Biz həmin qurumlara hörmətlə yanaşırıq. Yaxşı olar ki, tarixi şəhərdə olmaq üçün məhdudiyyətlərə əməl edilsin. Əgər onların məhdudiyyətlərə əməl etməkdə problemləri yoxdursa, bizim də problemimiz yoxdur”.

İdarə rəisi İçərişəhərdə hər hansı beynəlxalq qurum və təşkilatların fəaliyyətinin hüquqi nöqteyi-nəzərdən problem yaratmadığını əlavə edib.
# 753

Oxşar yazılar