BMT-nin ali komissarı bəyanat yaydı
18 iyun 2009 16:00 (UTC +04:00)

BMT-nin ali komissarı bəyanat yaydı

“Qaçqınlar yeknəsəq statistikadan ibarət deyil – onlar mən, sən, o kimi real insanlardır ki, heç bir günahları olmadan hər şeylərindən məhrum olublar”

20 iyun - Ümumdünya Qaçqınlar Günü ərəfəsində BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin bəyanatı yayılıb.

Lent.az-ın məlumatına görə, sənəddə qaçqınların yer üzünün ən həssas vəziyyətdə olan milyonlarla sakindən ibarət olduğu bildirilir. Ali komissar xatırladır ki, qaçqınların hər birinin söylənəcək ağrılı bir hekayəsi var: “Qaçqınlar yeknəsəq statistikadan ibarət deyil – onlar mən, sən, o kimi real insanlardır ki, heç bir günahları olmadan hər şeylərindən məhrum olublar”.

Yeri gəlmişkən, bu gün Bakıda ÜmumDünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək. “Real insanlar, real ehtiyaclar” devizi altında keçiriləcək tədbirdə hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq və yerli humanitar təşkilatların təmsilçiləri, qaçqın və məcburi köçkün icmalarının nümayəndələri iştirak edəcəklər.

Hazırda Azərbaycanda 300 min qaçqın, 700 min məcburi köçkün var. Məcburi köçkünlər ölkənin 62 şəhər və rayonunda, 1600-dən çox sıx yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.

Elxan SALAHOV
# 536

Oxşar yazılar

Meteohəssas insanlara sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Meteohəssas insanlara sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

10 may 2024 , 13:15
Evlənmək üçün kişinin  şəxsi evi olmalıdır? – Əcaib CAVABLAR

Evlənmək üçün kişinin şəxsi evi olmalıdır? – Əcaib CAVABLAR

10 may 2024 , 12:53
Sabah  leysan yağacaq   - HAVA PROQNOZU

Sabah leysan yağacaq - HAVA PROQNOZU

10 may 2024 , 12:36
Sürücülərin NƏZƏRİNƏ:  əsas küçələrdən biri bağlıdır

Sürücülərin NƏZƏRİNƏ: əsas küçələrdən biri bağlıdır

10 may 2024 , 12:18
Bu gün iki rayon qazsız qalacaq

Bu gün iki rayon qazsız qalacaq

10 may 2024 , 10:10
Sabah bu yollar bağlı olacaq

Sabah bu yollar bağlı olacaq

9 may 2024 , 12:21
Sabah 25 dərəcə  isti olacaq

Sabah 25 dərəcə isti olacaq

9 may 2024 , 12:03
Mayın 9-nun  ən xoşbəxt   BÜRCÜ: Sizin üçün əsl QƏLƏBƏ günü  olacaq

Mayın 9-nun ən xoşbəxt BÜRCÜ: Sizin üçün əsl QƏLƏBƏ günü olacaq

9 may 2024 , 11:50