Bakı və Sumqayıt məktəbliləri imtahan verdi
16 iyun 2009 20:30 (UTC +04:00)

Bakı və Sumqayıt məktəbliləri imtahan verdi

XI sinif şagirdlərinin imtahan nəticələri iyunun 20-dən sonra elan olunacaq

Bu gün Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. 8 fənn (ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil) üzrə keçirilən imtahanlarda 33 mindən çox şagird iştirak edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlarda hələlik imtahanda hansısa qanun pozuntusunun baş verdiyi barədə məlumat yoxdur.

İyunun 20-dən sonra isə Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla, bütün regionlarda keçirilmiş imtahanların nəticələr elan olunacaq. Bundan sonra attestat qiymətləri hesablanacaq və hər bir məktəb üzrə sənədlər rayon təhsil şöbələrinə göndəriləcək.

Elxan SALAHOV
# 517

Oxşar yazılar