Parlament jurnalistləri fəallaşır
Bundan sonra onlar daha çox Milli Məclisin qərarlarında və yeni qanunlarından yazacaqlar
Milli Məclisin fəaliyyətinin cəmiyyətə çatdırılmasında jurnalistlər bundan sonra daha fəal olacaqlar. Bununla bağlı Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin toplantısı keçirilib.
Birliyin sədri Elşad Eyvazlı Lent.az-a bildirib ki, toplantıda Milli Məclisdə akkreditə olunan jurnalistlərin daha çox gündəliyə dair təkliflərin işıqlandırılmasına üstünlük vermələri və bu sahədəki boşluqlar müzakirə olunub.
Elşad Eyvazlı bildirib ki, son vaxtlar Milli Məclisdə qəbul edilən qərar və qanunlara ya istənilən diqqət verilmir, ya da onlar istənilən şəkildə işıqlandırılmır. Bu səbəbdən də qərara alınıb ki, bundan sonra jurnalistlər parlamentdə qəbul edilən qanun və qərarların cəmiyyətə çatdırılmasına daha çox diqqət yetirsin.
Bundan başqa, parlamentdə akkreditə olunan jurnalistlər ictimaiyyət nümayəndələri arasında anket sorğularının keçirilməsinə start veriblər. Sorğu nəticəsində vətəndaşların Milli Məclisdə qəbul edilən qərar və qanunlar barədə bilgiləri, eləcə də hansı sahədə qanun və qərarların qəbul edilməsinə ehtiyac duyulduğu öyrəniləcək.
Xatırladaq ki, bu layihə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.
Elxan SALAHOV

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53