Məzun yarmarkasına 600 iş yeri çıxarılıb
Gənclər daha çox bank sektorunda iş axtarır
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dövlət İqtisad Universitetində keçirilən IV məzun yarmarkasında 60-dan çox şirkət tələbələrə vakansiyalar təqdim edib. Yarmarkaya qatılmış 2 minə yaxın məzunlara təqdim olunan vakant iş yerlərinin sayı isə 600-dən çox olub.
Gənclər və İdman Nazirliyindən Lent.az-a bildiriblər ki, işçi axtaran şirkətlər qismində özəl müəssisələrlə yanaşı Dövlət Neft Şirkəti, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi kimi iri dövlət orqanları da yarmarkada iştirak edib. Bu təşkilatlar əsasən, müvafiq sahələrdə çalışmaq istəyənləri təlimatlandırmaq funksiyasını yerinə yetirib.
Nazirlikdə deyirlər ki, hazırda işçi axtaran şirkətlərdə bank, maliyyə, menecment, marketinq, idarəetmə sahələri üzrə gənc mütəxəssislərə daha çox ehtiyac duyur. Bu yarmarkada isə məzunların marağı daha çox bank sektoruna olub. Məhz bu səbəbdən şirkət nümayəndələri bir qrup millət vəkillərinin iştirakı ilə Dövlət İqtisad Universitetinin rəhbərliyi ilə görüşüb və onlar belə yarmarkaların tez-tez keçirilməsini təklif ediblər. Millət vəkilləri və universitet rəhbərliyi işçi axtaran şirkətlərin nümayəndələrinə gənclərin işə cəlb olunması üçün lazımi şərait yaratmağı tövsiyə ediblər.
Xatırladaq ki, növbəti məzun yarmarkasının yaxın günlərdə Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Elxan SALAHOV

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53