Pensiyaçılar üçün iki seçim
Əmək pensiyalarının iş stajı əsasında hesablanmasına dair təkliflər razılaşdırılıb
Yaxın vaxtlarda “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək. Dəyişikliklər qəbul ediləcəyi təqdirdə Azərbaycanda əmək pensiyaları iş stajı əsasında hesablanacaq.
Lent.az-ın məlumatına görə, bu barədə . Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin qanuna dəyişikliklərlə bağlı təkliflər hələ ötən ilin avqustunda hökumətə təqdim edilib və artıq müvafiq qurumlarla razılaşdırılıb. Sözügedən təkliflərin yaxın günlərdə Nazilər Kabineti tərəfindən prezidentə təqdim ediləcəyi gözlənilir.
Fond sədri bildirib ki, təkliflərin Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu təkliflərə əsasən, 2006-cı ilin yanvarın 1-dək olan dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsi zamanı əmək haqqına istinad aradan qaldırılmalı, hesablamalar vahid prinsiplə iş stajı əsasında aparılmalıdır. Onun sözlərinə görə, pensiya hesablanan zaman pensiyaçının bütün əmək stajının sayından 5 il çıxarılacaq. Yerdə qalan hər il üçün isə ona həmin dövrdə olan baza pensiyasının 8 faizi qədər vəsaitin hesablanacaq.
“Bu dəyişiklik reallaşdıqdan sonra avtomatlaşdırılmış pensiya hesablama sistemi hər bir vətəndaşa xidmət göstərəcək. Bundan sonra pensiya təminatı sektorlarını ləğv edəcəyik. Bir nəfər informasiya sisteminə, bir nəfər də əlil və ailə başçısını itirilmiş şəxslərə qulluq edəcək. Pensiyanı avtomatlaşdırılmış şəkildə mərkəzi baza təyin edəcək” – deyə, Səlim Müslümov bildirib.
DSMF sədri əlavə edib ki, qanuna ediləcək dəyişikliklər interaktiv xarakter daşımır. Onun sözlərinə görə, yeni dəyişikliklərdə pensiyaya çıxmaq istəyən vətəndaşlara seçim hüququ da verilib. İstəməyən şəxs üçün pensiyanın hesablanmasına zamanı iş stajı əsas götürülməyə də bilər. Bu zaman fondun Mərkəzi Aparatında xüsusi qrup yaradılacaq. Həmin qrup əməkhaqqı və ya staja görə pensiya almaq istəyənlərin hesabatını aparacaq.
“Biz bu məsələdə insanlara seçim hüququ verəcəyik. Yəni bir şəxs əməkhaqqına görə, digəri əmək stajı əsasında pensiya ala bilər. Bu, hər kəsin öz seçimi olacaq. Kimsə pensiyanın stajı əsasında hesablanmasını istəmirsə, onda bizə müraciət və əmək haqları barədə arayışları təqdim edə bilər. Əgər təqdim etməzsə, o zaman sovet dövründə hansı sahə üzrə işləyibsə, həmin sahə üzrə orta aylıq əmək haqqını götürərək onun əsasında pensiyaya çıxmaq istəyən şəxsin ota aylıq maaşını müəyyənləşdirə bilərik” – Səlim Müslümov belə deyib.
Elxan SALAHOV

1360