Ölkədə Ramazan bayramı qeyd olunur
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. APA-nın məlumatına görə, bu il avqustun 11-dən başlayan Ramazan ayı başa çatır.
Məlum olduğu kimi, Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı miladi təqvimi ilə sentyabrın 9-na və ya 10-na düşür. Azərbaycan hökumətinin qərarına əsasən, hər iki gün bayramdır. Bayram namazının vaxtı hər iki gün səhər saat 10.00-dadır. Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, İslam aləmində Ramazan bayramında valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdən hesab olunur. Bundan başqa, Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrət payı çıxmalıdır. Fitrət bayram namazına qədər çıxılmalıdır, onun miqdarı üç kilo xurmanın və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Bu isə hər ailə üzvünə görə ən azı 4 manat fitrət payı çıxılması deməkdir. Fitrət payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.

Oxşar yazılar

Xoşbəxtliyi almaq olar: Həyat keyfiyyətimizi yaxşılaşdıran 8 alış-veriş
8 iyun 2025 , 18:42
İyun ayı bu BÜRCLƏR üçün çox çətin olacaq: Tale kimi sınayacaq?
8 iyun 2025 , 18:20
Ən uğurlu insanların doğulduğu ayın 6 tarixi AÇIQLANDI
8 iyun 2025 , 16:59
Yağış, dolu, şimşək - SABAHIN HAVASI
8 iyun 2025 , 12:07
Yeni pandemiya ola bilər
8 iyun 2025 , 10:07
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
7 iyun 2025 , 20:42
Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi
7 iyun 2025 , 20:15