Bölgələrdə qısamüddətli yağış gözlənilir
02 iyun 2010 13:30 (UTC +04:00)

Bölgələrdə qısamüddətli yağış gözlənilir

Qarşıdakı iki gün ərzində ölkə ərazisində yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq. Bakıda və Abşeron yarımadasında küləkli hava gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun Lent.az-a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək, cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 30-33, axşam 20-22 dərəcə isti olacaq. Sabah da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 30-33 dərəcə isti olacaq.

İyunun 4-də də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, cənub küləyi əsəcəyi proqnozlaşdırılır. Ertəsi gün hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 30-33 dərəcə isti olacaq.

Bölgələrə gəlincə, iyunun 3-də hava, əsasən yağmursuz keçəcək. Lakin iyunun 4 və 5-də səhər bəzi yerlərdə duman olacaq. İyunun 5-də gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

Elxan SALAHOV
# 482

Oxşar yazılar