Azərbaycanda xəstə məhkumlar xüsusi avtomobillərlə daşınır
10 dekabr 2012 17:30 (UTC +04:00)

Azərbaycanda xəstə məhkumlar xüsusi avtomobillərlə daşınır

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Pentensiar Xidmətin rəisi general Mədət Quliyev deyib. Onun sözlərinə görə, yeni avtomobillər xüsusi texnika ilə təchiz edilib: “Ədliyyə sisteminin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür, nazirliyə vəsait ayrılır. Həmin o vəsaitlərlə də yeni avtomobillər alınır. Həmin avtomobillərin özəlliyi odur ki, burada texniki təminat çox yüksək səviyyədədir. Onu da əlavə edim ki, xəstə olan məhkumlar xüsusi avtomobillərdə daşınır. Yəqin ki, siz o avtomobillərə şəhərimizdə rast gəlmisiniz. Ümumi məhkumlar üçün ayrı, xəstə olan məhkumlar üçün isə ayrı hazırlanmış avtomobillərimiz var”.

Jalə Məmmədli
# 571

Oxşar yazılar