Bakıda 9 istiqamətdə yol bağlıdır - SİYAHI
10 dekabr 2012 15:13 (UTC +04:00)

Bakıda 9 istiqamətdə yol bağlıdır - SİYAHI

Bakının bəzi yolları müxtəlif səbəblərdən qeyri-müəyyən vaxtadək bağlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, hazırda şəhərin 9 istiqamətindəki yollar nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hərəkətin məhdudlaşdırılmasına torpaq sürüşməsi, metro stansiyası tikintisi, körpü-tunel tikintisi kimi müxtəlif səbəblər göstərilib.

- Tunel tikinti işləri gedir. Alı Mustafayev küç.-Ziya Bünyadov pr. gedən yol bağlıdır (3-cü mikrorayon dairəsindən prospektə doğru).

- Körpü-tikinti işləri aparılır. Yol bağlıdır! Kənar yollar açıqdır (Ziya Bünyadov pr – Xoutor dairəsi).

- Tunel tikintisi gedir. Yol bağlıdır! Kənar yollar açıqdır (Ziya Bünyadov pr).

- Təmir-tikinti işləri ilə əlaqədar olaraq Həzən bəy Zərdabi küçəsində Xiyabi küç. ilə kəsişməsindən 20 Yanvar dairəsinə qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb (Həsənbəy Zərdabi pr.).

- Təmir tikinti işləri ilə əlaqədar yol bağlanıb (Müzəffər Nərimanov küç. Z.Bünyadov prospektindən Heydər Əliyev prospektinə gedən yol – “Şəfa” stadionunun qarşısı).

- Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısından 3-cü mkr. dairəsi istiqamətində yeni metro tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlanıb (Ceyhun Səlimov küç.).

- Akademik Həsən Əliyev küçəsi, Mustafa Kamal Atatürk prospekti ilə kəsişmədən Koroğlu Rəhimov küçəsinin kəsişməsinə kimi (Rumıniya səfirliyinin qarşısı), yolda gedən qazıntı işləri səbəbindən bağlıdır (Akademik Həsən Əliyev küç.).

- Təmir işlərinin aparılması ilə əlaqədar olaraq Füzuli meydanından Rəsul Rza küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb (Məhəmməd Füzuli küç.).


- Torpaq sürüşməsi ilə əlaqədar olaraq Badamdar şosesi Bəyoğlu restoranının qarşısından 20-ci sahə istiqamətində yol bağlanıb (Badamdar küç.).


Qeyd edə ki, bu gün Həsən bəy Zərdabi küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsindən Xiyabani küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Bakı Biznes Universitetinin qarşısı) təmir işləri sona çatdığı üçün yol sürücülərin ixtiyarına verilib. Lakin yolun Xiyabani küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində təmir işləri davam etdirildiyinə görə gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
# 5881

Oxşar yazılar