Pensiya və müavinətlərin maliyyələşdirilməsində problem olmayacaq
10 dekabr 2012 11:31 (UTC +04:00)

Pensiya və müavinətlərin maliyyələşdirilməsində problem olmayacaq

Bu ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2276,6 mln. manat təşkil edib. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu, 2011-ci ilin müvafiq dövrünə nisbətən 362,9 mln. manat və ya 19,8 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 16,3 faiz və ya 175,1 mln. manat artaraq 1 milyard 249,2 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,7 faizi və ya 770,7 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 11 ayının göstəricisinə nisbətən 20,7 faiz və ya 132,2 mln. manat artıb, proqnoz isə 112,1 faiz icra olunub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin ilk 11 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 25,4 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 45,2 faiz artıb. 2012-ci ilin yanvar-noyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 478,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz və ya 42,8 mln. manat artıb. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,6 mln. manat təşkil edib.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2012-ci ilin yanvar-noyabr aylarında DSMF-in xərcləri 2 milyard 226,8 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 milyard 185,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 363,9 mln. manat və ya 20,0 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,3 faiz və ya 360,5 mln. manat artaraq 2 milyard 134,2 mln. manat təşkil edib. 2012-ci ilin yanvar-noyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 51,3 mln. manat məbləğində müavinət ödənilib. Ümumilikdə, 11 ay ərzində DSMF üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 101% icra olunub.
# 974

Oxşar yazılar