Qusar Peşə Liseyi yaradıldı
10 dekabr 2012 09:59 (UTC +04:00)

Qusar Peşə Liseyi yaradıldı

Lent.az-ın verdiyi məlumata görə, qərara əsasən Təhsil Nazirliyinin Qusar şəhər İnternat məktəbi ləğv edilib və onun bazasında Təhsil Nazirliyinin Qusar Peşə Liseyi yaradılıb.

Maliyyə Nazirliyinə tapşırılıb ki, Qusar Peşə Liseyinin maliyyələşdirilməsi üçün Qusar şəhər İnternat məktəbinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan vəsaitin rayonun yerli xərclərindən çıxarılaraq Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsinin müvafiq paraqrafı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin büdcəsinə daxil edilməsini təmin etsin. Təhsil Nazirliyi Qusar Peşə Liseyinin fəaliyyətinin təmin edilməsi və ləğv edilmiş Qusar şəhər İnternat məktəbinin şagirdlərinin təhsillərini ərazidə yerləşən digər ümumtəhsil məktəblərində davam etdirməsi üçün zəruri tədbirlər həyata keçirməlidir.
# 1872

Oxşar yazılar