TQDK qiymətləndirmə meyarlarını və normativlərini dəyişdi
07 dekabr 2012 16:14 (UTC +04:00)

TQDK qiymətləndirmə meyarlarını və normativlərini dəyişdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən Bədən tərbiyəsi və idman istiqamətli ixtisaslar üzrə seminar keçirilib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin “bədən tərbiyəsi və idman”, “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi”, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “bədən tərbiyəsi və idman”, “fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)” ixtisasları üzrə qabiliyyət imtahanlarının və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “bədən tərbiyəsi və idman”, “fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)” ixtisasları üzrə seçmə turun proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələri haqqında müzakirələr aparmaq məqsədi ilə keçirilən tədbirdə Qabiliyyət imtahanları üzrə sektorun əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Sənaye-Pedaqoji Kollecinin professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.

Seminarda müzakirələr zamanı ali təhsil müəssisələrinin “bədən tərbiyəsi və idman”, “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi”, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “bədən tərbiyəsi və idman”, “fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)” ixtisasları üzrə qabiliyyət imtahanlarının 2012/2013-cü tədris ilində qəbul edilmiş proqramlarına və metodiki tövsiyələrinə redaktə xarakterli bəzi əlavələr və düzəlişlər edilərək 2013/2014-cü tədris ili üçün həmin proqramlar qəbul olunub. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “bədən tərbiyəsi və idman”, “fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)” ixtisasları üzrə seçmə turun 2012/2013-cü tədris ilində qəbul edilmiş proqramlarına, qiymətləndirmə meyarlarına və normativlərinə dəyişikliklər edilib. 2013/2014-cü tədris ili üçün həmin proqramlar da qəbul olunub.

Ali təhsil müəssisələrinin “bədən tərbiyəsi və idman”, “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi", tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin "bədən tərbiyəsi və idman”, “fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)” ixtisasları üzrə qabiliyyət imtahanlarının və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “bədən tərbiyəsi və idman”, “fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)” ixtisasları üzrə seçmə turun proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələri “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Bədən tərbiyəsi və idman” adlı tədris metodiki vəsaitdə nəşr ediləcək.
# 2544

Oxşar yazılar