“Azəriqaz” işçi axtarır
07 dekabr 2012 12:37 (UTC +04:00)

“Azəriqaz” işçi axtarır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri Xəzər rayonu Qaz İstismarı Sahəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir. Lent.az-ın məlumatına görə, namizədlərə tələblər aşağıdakı kimidir:

- Yaşı 30-dan yuxarı olmamalı,

- insanlarla xoş ünsiyyət yarada bilən, iradəli, nizam-intizamlı və çevik olmalıdır.

Arzu edənlər 10,11,12,13 və 14 dekabr 2012-ci il tarixlərdə saat 10:00-dan 13:00-dək Birliyin kadr seçimi üzrə komissiyasına müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi 23. Əlaqə telefonu: 012-521-22-61 (Kadrlar şöbəsi)
# 1914

Oxşar yazılar