Ümid Partiyasında Əlillər Günü ilə bağlı tədbir keçirilib - FOTO
Ümid Partiyasının Qərargahında Beynəlxalq Əlillər Günü ilə bağlı tədbiri keçirilib. Bu barədə Lent.az-a partiyadan məlumat verilib. Ümid Partiyası Qadınlar Təşkilatının sədri Könül Quliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə onlarla Qarabağ əlili iştirak edib. Tədbirdə Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Vətən Müharibəsi İctimai Birliyinin sədri Firudin Məmmədov, Sosial Hüquqların Monitorinq Qrupunun sədri Azad İsgəndərli, «Mina Qurbanları» İctimai Birliyinin sədri Həsən Həsənov, Şəhid Ailələri və Qarabağ Əlilləri İctimai birliyinin sədri Alman Abbasov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan K. Quliyeva bildirib ki, müharibəyə yollanıb əlil olan kişilərin əziyyətini qadınlar, həyat yoldaşları, analar və bacılar çəkir.
Tədbirdə çıxış edən partiyanın sədri, millət vəkili İqbal Ağazadədə bildirib ki, bu gün Azərbaycanda 500 minə yaxın əngəlli insan var. Onların böyük bir qismi anadangəlmə fiziki qüsurlu insanlardır: “Amma 8-12 min civarında qüsurlu insanlar da var ki, bunlar Ermənistan-Azərbaycan müharibəsi nəticəsində canını qurban verib, Vətən yolunda sağlamlığını itiriblər. Mən çox istərdim ki, 450 min əngəlli Qarabağ münaqişəsi nəticəsində sağlamlığını itirmiş insanlarla eyni sıraya aid edilməsin. Ona görə yox ki, onlar cəmiyyətin fərqli bir kateqoriyasının nümayəndələridir”. İ. Ağazadə vurğulayıb ki, böyük vətən müharibəsi əlillərinə daha çox təqaüd verilsə də 1-ci 2-ci 3-cü qrup Qarabağ əlillərinə aşağı təqaüd verilir. “Çox təəssüflər olsun ki, baxış bu cürdür” - deyə, millət vəkili əlavə edib.

Oxşar yazılar

Bəxt üzünü bu BÜRCLƏRƏ çevirəcək: Möcüzələrlə tanış olun
28 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
28 iyul 2025 , 08:26
İyulun sonu xoşagəlməz sürpriz gətirə bilər: bu BÜRCLƏRƏ xəbərdarlıq
28 iyul 2025 , 00:02
Milli qəhrəman Natiq Qasımovun anası vəfat edib
27 iyul 2025 , 18:25
Niyə insanlar həyatınıza girirlər: Bürcünüzün nəyi gizlətdiyini öyrənin
27 iyul 2025 , 18:23
Saç tökülməsinin inqilabi həlli: dərman və ya saç əkimi tələb olunmur
27 iyul 2025 , 16:31
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
27 iyul 2025 , 16:07