“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir
30 noyabr 2012 23:48 (UTC +04:00)

“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirib.

APA-nın məlumatına görə şəhər 18 saylı tam orta məktəbin həyətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə FHN-nin fəaliyyətini əks etdirən video çarx nümayiş olunduqdan sonra fövqəladə hallar zamanı davranış qaydalarına həsr olunan müxtəlif mövzularda çıxışlar dinlənilib.

Sonra FHN-nin regionda fəaliyyət göstərən qurumlarının və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən tədbir iştirakçılarına praktik xilasetmə, yanğınsöndürmə və ilkin tibbi yardımın nümunəvi qaydaları göstərilib.
# 2331

Oxşar yazılar