Bakının daha bir mərkəzi yolu bağlandı
30 noyabr 2012 12:09 (UTC +04:00)

Bakının daha bir mərkəzi yolu bağlandı

Bakının mərkəzində daha bir yol bağlanılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Akademik Həsən Əliyev küçəsinin Mustafa Kamal Atatürk prospekti ilə kəsişməsindən Koroğlu Rəhimov küçəsinin kəsişməsinə kimi olan hissəsi bağlanılıb. Yolun Rumıniya səfirliyinin qarşısınadək olan hissəsində qazıntı işləri aparılır.

Bu səbəbdən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş edilir.

Nizam RZA
# 2357

Oxşar yazılar