Hansı ayaqqabı ayaqlar üçün zərərsizdir?
29 noyabr 2012 15:25 (UTC +04:00)

Hansı ayaqqabı ayaqlar üçün zərərsizdir?

Xanımlar, hündürdaban ayaqqabı seçərkən təkcə gözəlliyə deyil, həm də rahat olmasına üstünlük verirsinizmi?
“Doğru” və “rahat” ayaqqabı anatomik əsasda təsdiq olunmalıdır. Tanınmış ayaqqabı markalarının təcrübəli dizaynerləri vaxtaşırı insanın ayaq quruluşu haqda mühazirələrə qulaq asırlar. Bu, əbəs yerə deyil. Elə ayaqqabı markaları var ki, hər il bu sahəyə böyük miqdarda pul ayırır. Onların mütəxəssisləri ən kiçicik detallara belə diqqət yetirirlər.

Məsələn, əgər ayaqqabının hündürlüyünü artırsaq, ayağın yüksəkliyi dəyişəcək, pəncəyə ağırlıq və təzyiq düşəcək. Mütəxəssislərin fikrincə, elə hündürdaban ayaqqabı seçə bilərsiniz ki, həm gözəl görünüşlü olsun, həm də ayağa gərginlik düşməsin. Ayaqqabı seçərkən onun gücünə və davamlılığına əmin olmaq üçün birinci növbədə dabanına diqqət yetirmək lazımdır. Dabanı zolaqlı və yığma olan ayaqqabılar rahatlıq və gündəlik istifadə üçün idealdır. Belə dabanı olan ayaqqabıda və çəkmədə bütün günü rahat gəzərək, heç bir yorğunluq hiss etməyəcəksiniz. Bir çox ucuz ayaqqabı istehsalçı bilərəkdən ayaqqabının tikilişində dabanına zolaqlı karton yapışdırırlar. Alarkən bəyəndiyiniz ayaqqabının üstündəki zolaqların çoxqatlı olmasına və yapışdırılmamasına diqqət yetirin. Əks halda, sağlamlığınıza xətər yetirə bilərsiniz. Ayaqqabı dabanı düzgün olmadıqda pəncənin forması dəyişərək axilles tendin, varikoz-artirid damarların daralmasına səbəb olur ki, bu da həm ayaq eybəcərliyinə gətirib çıxarır, həm də daxili orqanlarda problemlər yaradır.

Ayaqqabı seçərkən onun hansı materialdan hazırlanmasına və rənginə mütləq fikir verin. Özünüzə əziyyət vermədən rahat və gözəl yerimək istəyirsinizsə, ayaqqabının materialı bərk olmamalıdır. Onun hansı materialdan hazırlanmasını öyrənmək çox sadədir. Hər bir ayyaqqabı cütünün altında kiçik işarəli etiketləri olur. Mənalarını satıcıdan öyrənə bilərsiniz. Məsələn:











Ayaqqabı o qədər möhkəm tikilməli və yapışdırılmalıdır ki, ilk dəfə yağışa düşəndə ayaqqabınızın həyatında bu, son yağış olmasın. Almaq istədiyiniz ayaqqabı markasının hazırlanma texnologiyasını satıcıdan soruşa bilərsiniz. Məşhur ayaqqabı markalarının bir çoxu dəri emalını, tikiş və bəzəməni özləri həyata keçirir.
Ayaqlarınızın sizə təşəkkür etməsini istəyirsinizsə, ayaqqabı seçərkən keyfiyyətə və rahatlığa fikir verin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3109

Oxşar yazılar