(R) “Bank of Baku” ilə Qafqaz Universiteti arasında əməkdaşlıq razılaşması imzalanıb - FOTO
Bu günlərdə “Bank of Baku” ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanı “Bank of Baku”-nun sədr müavini Zaur Qaraisayev və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç imzalayıblar.
İmzalanmış sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Sənəd universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin bankın bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların keçirilməsini və digər tədbirləri ehtiva edir.
İmzalanma mərasimində çıxış edən “Bank of Baku”-nun sədr müavini Zaur Qaraisayev bildirdi ki, müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır. “Bank of Baku”-nun kadr siyasətinin prioriteti yeni istedadlı gənclərin banka cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir zəmin olacaq”.
Öz növbəsində Qafqaz Universitetinin rektoru Ahmet Saniç “Bank of Baku” ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğuladı. Onun sözlərinə, görə ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq.

Oxşar yazılar

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - təhlükə barədə XƏBƏRDARLIQ
26 iyul 2025 , 20:15
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26 iyul 2025 , 17:00
Əksər rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
26 iyul 2025 , 14:16
Sabah yağış yağacaq, dolu düşəcək
26 iyul 2025 , 12:22
Hazırda bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
26 iyul 2025 , 10:39
Ulduzlar sizin tərəfinizdədir: İyulun axırı 3 BÜRCƏ inanılmaz şans gətirəcək
26 iyul 2025 , 09:09
Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33