Dəm qazı «qətlləri»nin sayı artır
Havanın temperaturu aşağı düşdükcə «dəm qazının toruna» düşənlərin sayı artır. Dəm qazı “qara əllərini” kimin boğazına apardısa, canını almamış ondan əl çəkmir.
Lent.az-ın ANSPress-ə istinadən məlumatına görə,növbəti tora düşən Nəsimi rayonu 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 43 ünvanında yaşayan ana və qızı olub. 1940-ci il təvəllüdlü Cahan Şıxəliyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb. Onun qızı, 1970-ci il təvəllüdlü Validə Şıxəliyeva isə dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.
Amma bu hadisələrdən uzaq olmaq üçün təbii ehtiyat tədbirlərinə riayət etmək, daha dəqiq təhlükəsizlik tədbirlərini gözə almaq vacibdir.
Havalar soyuduqca, dəm qazından zəhərlənmələrin sayında dəyişiklik başlayır. Təəssüf ki, artan istiqamətdə. Statistikaya görə bu cür zəhərlənmələrə səbəb olan amillər arasında kustar üsulla hazırlanmış qaz sobaları birinci yerdədir.
Paytaxt sakinləri arasında aparılan sorğu onu göstərir ki, vətəndaşların çoxunun bu cür sobalara münasibəti mənfidir, bnunla belə vətəndaşlar arasında kustar üsulla hazırlanan istilik qızdırıcılarına üstünlük verənlər də var.
Qaz sobalarının təmiri ilə məşğul olan usta Nəsib Xəlilov dəm qazının sızmasında əsas səbəb kimi qızdırıcı sistemləri quraşdıran şəxslərin naşı olmasını göstərib.
Həkim-toksikoloq İsmayıl Əfəndiyev isə son dövrlərdə dəm qazından zəhərlənmələrin sayının artdığını bildirib. Zəhərlənmənin ilkin əlamətlərinə gəldikdə isə birinci növbədə baş ağrısı, baş gicəllənməsi, ürək bulanması olur.
Tüstü bacalarının vaxtında təmizlənməməsi, vanna otaqlarının tikinti normalarına uyğun olmaması dəm qazı yaradır.Yəni hamam otaqları ya layihədə göstəriləndən kiçik olur, ya ventilyasiya sistemi qurulmur ki, bu da dəm qazını yaradan başlıca səbəblərdəndir.
Qeyd edək ki, ötən il dəm qazı 658 nəfəri zəhərləyib. Bu rəqəm 2010-cu ilə nisbətən 300 nəfər çoxdur. Bu ilin 9 ayında isə 1200 nəfərdən çox insan zəhərlənib, onlardan 42-si həyatını itirib.

Oxşar yazılar

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23