Güney Azərbaycanın zəlzələ bölgəsində humanitar faciə gözlənilir
19 noyabr 2012 21:32 (UTC +04:00)

Güney Azərbaycanın zəlzələ bölgəsində humanitar faciə gözlənilir

Tehran hakimiyyəti Güney Azərbaycan türklərinin sosial, iqtisadi və milli-mədənim yönlü istənilən probleminə göz yumur, onu həllinə maraq belə göstərmir. Əksinə bu kimi məsələləri hakimiyyətin və ictimaiyyətin diqqətinə çatdırmaq istəyənləri davalı şəkildə təzyiqlər məruz qoyur.

Azərbaycanın Qaradağ mahalında baş vermiş zəlzələdən 4 aya yaxın vaxt keçsə də, bu təbii fəlakətdən ziyan çəkənlərin üzləşdikləri problemlə hələ öz həllini tapmayıb.

Qışı sərt keçən həmin ərazilərdə zəlzələdən zərər çəkənlərin vəziyyəti günü-gündən ağırlaşır.

Vəziyyəti belə görən Güney Azərbaycanın sosial şəbəkədəki fəalları həmin çətinliklərin beynəlxalq qurumlar səviyyəsində həllinə çalışır, bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəyirlər.

Lent.az-ın məlumatına görə,bu məqsədlə onlar BMT-nin baş katibi Pan Ge Muna müraciət ünvanlayıb.

Müraciətdə Güney Azərbaycanda baş vermiş zəlzələ və onun törətdiyi fəsadlar haqqında məlumat verilib:«Zəlzələdə 110 kənd yerlə bir olub. 6,2 bal güncündə təbii fəlakət çox saylı insan ölmünə, əhalinin yurd-yuvalarının dağılmasına səbəb olub».
Müraciətdə zəlzələ baş vermiş Qaradağ bölgəsi haqqında da məlumat verilib:«Qaradağ bölgəsi yer altı qaynaqları baxımından çox zəngindir. Dünyada bazarındakı misin 7 faizi bu ərazinin payına düşür. Ancaq İran hakimiyyətinin fars olmayan etnik bölgələrə olan ayrı-seçkilik siyasəti ucbatından Güney Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından geri qalıb».
Zəlzələ bölgəsinə İran hakimiyyətinin ilk gündən yardım etməməsinə diqqəti yönəldən şəbəkəçilər yazıb:«Təəssüflər olsun ki, rəsmi Tehran zəlzələ bölgəsinin yenidənqurulması və müvəqqəti sığınacaqlar quracağı haqda verdiyi vədə əməl etmir. Bölgədə humanitar fəlakətin olacağı gözlənilir. Zəlzələ bölgəsi dağlıq, qışı sərt keçən bir bölgədir. Orada mənfi 30 dərəcəyədək şaxta olur.

BMT-nin baş katibi olaraq, Sizdən məsələyə diqqət ayırmağınızı və zəlzələ bölgəsində yarancaq humanitar faciənin qarşısını almaq üçün uyğun tədbirlər görməyiniz xahiş edirik».
Tehran hakimiyyətinin zəlzələ bölgəsindəki vəziyyətə laqeyd münasibətini və problemi «güc tətbiqi» ilə həllini təsdiqləyən xəbər yayılıb. Həmin məlumata əsasən, son günlər İran İslam İnqilab Keşikçiləri Qvadriyasının təmsilçiləri təbii fəlakət bölgəsinə gələrək, zərərçəkənləri təhqir edib, döyüb, çeşidli mənəvi-fiziki işgəncəyə məruz qoyub.

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, qvadriyaçılar xarici kütləvi informasiya vasitələrinə bölgədəki vəziyyətlə bağlı müsahibə verən zəlzələ qurbanlarını təqib edib, döyüb və işgəncələrə məruz qoyub.

Mənbənin məlumatına əsasən, hazırda soyuq hava, yağış və qardan əziyyət çəkən zəlzələ bölgəsinin əhalisi İrandakı hakimiyyətdən olduqca narazıdır. Buna səbəb hakimiyyətin zəlzələdən zərərçəkənlərə laqeyd münasibətidir.

Güclü zəlzələnin (ötən həftədə həmin bölgədə zəlzələ olub) baş verməsindən 4 aya yaxın keçməsinə baxmayaraq, hələ də onların bir çoxu çadırda, yaxud ən yaxşı halda sığınacaq evlərində qalırlar. Soyuqda belə yerlərdə yaşamaq çətinliklər yaradır.
# 1169

Oxşar yazılar