Qafqazın din xadimləri Bakıya toplaşıb
19 noyabr 2012 15:37 (UTC +04:00)

Qafqazın din xadimləri Bakıya toplaşıb

Noyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) iclası keçirilib. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Avrasiya İslam Şurası Təşkilatının tədbirinə yola düşməzdən öncə baş tutan iclasda Şimali Qafqaz müftiləri və QMİ-nin Gürcüstandakı, Batum və Dərbənddəki səlahiyyətli nümayəndələri, habelə Dağıstanın milli siyasət, dini işlər və xarici əlaqələr naziri Bekmurza Bekmurzayev iştirak ediblər.

Çıxış edən QXADŞ sədri Şeyxülislam Allahşükür Paşazadə, Şimali Qafqaz müftiləri Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Çeçenistan müftisi Sultan Mirzəyev, Dağıstan müftisi Əhməd Abdullayev, Kabarda-Balkar müftisi Həzrətəli Dzasejev, Kalmıkiya müftisi Əhməd Karalayev və başqaları Qafqazda və dünyada gedən proseslərə toxunaraq, həmin proseslərin mənəvi aspektinə dair fikirlərini bildiriblər.

Qeyd olunub ki, Qafqazda sülh və sabitliyin qorunub saxlanılması prosesində ənənəvi İslam dəyərlərinin qorunub saxlanılması, yad təsirlərdən qorunması olduqca vacibdir. Bu işdə dini liderlərin, dövlət qurumlarının üzərinə düşən vəzifələrdən danışan natiqlər dini və etnik zəmində qarşıdurmaların yaranmasında maraqlı olan qüvvələrin mənfur planlarının həyata keçməsinin qarşısını almaq yönündə birgə effektiv tədbirlər barədə fikir mübadiləsi aparıblar. Din adından sui-istifadə, etnik separatçılıq və dini ayrı-seçkilik halları qətiyyətlə pislənilib, həmçinin, dünyanın qaynar bölgələrində haqqı tapdalanan müsəlmanların vəziyyəti barədə danışılıb, bölgədə və dünyada ədalət və barışın bərqərar olması naminə dini-mənəvi birlik nümayişinin vacibliyi qeyd olunub.
# 675

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10