Prokurorluq orqanlarına yazılı imtahanın vaxtı açıqlandı
08 noyabr 2012 17:15 (UTC +04:00)

Prokurorluq orqanlarına yazılı imtahanın vaxtı açıqlandı

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan noyabrın 16-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçiriləcək.


Baş Prokurorluğunun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan saat 10.00-da başlayacaq və 4 saat davam edəcək.

İmtahana buraxılmış namizədlər “Yaddaş kitabçası”nı və “Yazılı imtahana buraxılış vərəqəsi”ni 14 noyabr saat 09.00-dan 18.00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər. Namizədlər yalnız “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. “Yaddaş kitabçası”nda imtahanın keçirilmə qaydası barədə ətraflı məlumat verilib.
# 1071

Oxşar yazılar