TQDK dərsliklərlə bağlı ictimaiyyətə müraciət etdi
05 noyabr 2012 18:11 (UTC +04:00)

TQDK dərsliklərlə bağlı ictimaiyyətə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərlə bağlı ictimaiyyətə müraciət edib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Lent.az-a verdiyi açıqlamaya görə, respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan I-XI sinif dərslikləri, dərs vəsaitləri və digər tədris vasitələri ilə bağlı fikirlər, irad və təklifləri TQDK-nın elektron poçtuna və ya komissiyanın yerləşdiyi ünvana təqdim etmək olar.

E. Nağzadə onu da bildirib ki, dərsliklərlə bağlı TQDK-nın keçirdiyi monitorinqlərin ilkin nəticəsi bu ilin sonuna kimi açıqlanacaq.

Anar Məcidzadə
# 883

Oxşar yazılar