QHT Koalisiyası üçün təlimlər başlanır
05 noyabr 2012 16:40 (UTC +04:00)

QHT Koalisiyası üçün təlimlər başlanır

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən World Vision Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə yeni təlim proqramına start verir.

“Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində yaradılan QHT Koalisiyası üçün təşkil edilən təlim proqramının əsas məqsədi bu sahədə fəaliyyət göstərən təşkilatların bilik və bacarıqlarının inkişaf etdirilməsidir.

Mərkəzin ekspertləri tərəfindən keçiriləcək təlimlərdə QHT-lərə effektiv idarəçilik, layihə təkliflərinin hazırlanması, lobbiçilik, ictimai maraqların müdafiəsi və s. mövzuları tədris olunacaq.
# 532

Oxşar yazılar