Yağış yağacaq
04 noyabr 2012 00:10 (UTC +04:00)

Yağış yağacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 4-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Noyabrın 4-də respublika ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
# 1826

Oxşar yazılar