Qısamüddətli yağış yağacaq
31 oktyabr 2012 00:10 (UTC +04:00)

Qısamüddətli yağış yağacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953

Oxşar yazılar