İsmayıllıda yeniyetmə oğlan 16 gündür yoxa çıxıb
18 iyun 2024 11:36 (UTC +04:00)

İsmayıllıda yeniyetmə oğlan 16 gündür yoxa çıxıb

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, İsmayıllı rayonunun Diyallı kəndində yaşayan, 2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. 

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin İsmayıllı rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2355
avatar

Oxşar yazılar