"Avro-2024"də uduzan komandanın futbolçuları baş məşqçini otaqdan qovdu
18 iyun 2024 16:20 (UTC +04:00)

"Avro-2024"də uduzan komandanın futbolçuları baş məşqçini otaqdan qovdu

Ukrayna millisinin futbolçuları “Avro-2024”ün açılış oyununda Rumıniya millisinə dağıdıcı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Sergey Rebrovun paltardəyişmə otağını tərk etməsini istəyib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ukraynalı futbolçular bunu məşqçinin iştirakı olmadan bir-biri ilə söhbət etmək üçün ediblər.

Xatırladaq ki, ötən gün Münhendə Ukrayna yığması Rumıniya komandasına 0:3 hesabı ilə uduzub. Ukrayna yığması növbəti oyununu iyunun 21-də Slovakiya komandasına qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Oxşar yazılar