“Yeni Üfüq” məcburi köçkünləri, şəhid və qazi ailələrini ziyarət edib
27 oktyabr 2012 11:49 (UTC +04:00)

“Yeni Üfüq” məcburi köçkünləri, şəhid və qazi ailələrini ziyarət edib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Müqəddəs Qurban Bayramı münasibəti ilə Ağcabədi-Ağdam rayonları ərazisində məskunlaşan məcburi köçkünləri, şəhid və qazi ailələrini ziyarət edib. Birliyin sədri Sevinc Əzimbəyli öz ailəsi ilə birlikdə Ağdamın Quzanlı kəndində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşərək torpaqlarımızın azadlığı yolunda canını fəda etmiş vətən övladlarının həm Allah nəzərində, həm də millətimizin hər birinin qəlbində uca yeri olduğunu söyləyib. Görüşdə dövlətimizin Qarabağla bağlı apardığı siyasətin hər bir qarabağlının mənafeyinə uyğun olduğunu, ancaq torpaq həsrətinin tez bitməsinin vacibliyini dönə-dönə vurğulanıb.

Sonra görüşdə iştirak edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli çıxış edərək, Azərbaycan dövlətinin bütövlüyü uğrunda şəhid olanları rəhmətlə anaraq, hər bir ölkə vətəndaşının Qarabağ probleminin həllində dövlətin yanında olmasını vicdan və şərəf işi olduğunu bildirib.

Sonra “Yeni Üfüq”ün təmsilçiləri Ağcabədidə Peşə Məktəbi ərazisində məcburi köçkün, şəhid və qazi ailələriylə böyük görüş keçirib. Burada da ailəsiylə birlikdə bayramlaşma keçirən Birliyin sədri S.Əzimbəyli insanları təbrik edərək, növbəti bayramın doğma Qarabağ torpaqlarında keçirilməsini arzulayıb. Hər iki görüşün sonunda ailələrə Qurban bayramı münasibəti ilə heyvanlar kəsərək qurban əti hədiyyə edilib.

Bu gün isə Bakı şəhərində 100-dən çox şəhid və qazi ailələrinə bayram hədiyyəsi olaraq ətlər paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1493

Oxşar yazılar