Musa Quliyev: “Həkim xalatı üçün darıxıram”
Onlar sənətçi, siyasətçi, yazıçı, deputat kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötür tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.
Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir. Onu kimi deputat, kimi şair kimi tanıyır. Bəlkə də həkim kimi tanıyan da var. Ancaq etiraf edək ki, Musa Quliyevi (Musa Urud) daha çox bir siyasətçi, millət vəkili kimi tanıyırlar. Tibb elmləri namizədi, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü olan Musa Quliyev uzun müddət həkimi kimi çalışıb. Bundan əlavə, o, 11 kitabın, 200-dən çox məqalənin, yüzlərlə şeirin müəllifidir. “Nizami Aydın", "Araz", "Yusif Məmmədəliyev" ədəbi mükafatları laureatı, Prezident təqaüdçüsüdür.
- Niyə məhz həkim olmaq qərarına gəldiniz?
- İlk öncə qeyd edim ki, 1961-ci ildə Zəngəzurun Urud kəndində anadan olmuşam. 1978-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuşam. Əmək fəaliyyətimə təyinatla göndərildiyim Gəncə şəhərindəki A. Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlamışam. O zaman həmin xəstəxananın böyük kadr potensialı vardı və mən də kardioloq işləmək istəyirdim. Adını çəkdiyim xəstəxananın kardiologiya şöbəsinə tibb elmləri namizədi Talıb Talıbov başçılıq edirdi. Orda internatura keçdiyim müddətdə öz istəyimlə demək olar ki hər gün növbədə qalırdım. Bu, mənə çox şey verdi. Sonradan kardioloq ştatı olmadığı üçün 5-6 ay işsiz qaldım. Gəncədə Narkoloji dispanser açılmışdı. Açığı desəm həmin tibb müəssisəsində heç kəs işləmək istəmirdi. Tələbə yoldaşımın dəvəti ilə həmin dispanserdə həkim-narkoloq kimi (1986-1990) işləməyə başladım. Sonra gördüm ki, narkoloji sahənin heç bir perspektivi yoxdur. İxtisasımı dəyişib nevropatoloq kimi işləməyə başladım. Belə ki, 1990-1993-cü illərdə 7 saylı Bakı şəhəri poliklinikasında, 1993-1994-cü illərdə Yasamal rayonunda həkim əmək ekspert komissiyasında nevropatoloq kimi işləmişəm. 1994-cü ildə mənə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsi təklif edildi. Bir az tərəddüd etdim. Çünki nazirliyə getməklə, artıq mən məmur həyatına başlayırdım. Həmin zaman Fazil Ağamalı nazir əvəzi idi. O dedi ki, dövlətə sədaqətli insanlar lazımdır. Çünki həmin vaxt elə idi ki, Qarabağ müharibəsinin yaraları sağalmamışdı. Ölkəmizdə 6 mindən çox əlil vardı. Bərpa Mərkəzlərində demək olar ki, avadanlıqlar yox idi. Qarabağ əlillərinin bu problemindən bəzi siyasi qüvvələr dövlət əleyhinə istifadə edirdilər. Bütün bunları nəzərə alaraq düşündüm ki, mən bu işə getməliyəm. 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə Qarabağ əlillərinin reabilitasiyası üçün 1 milyon dollar vəsait ayrıldı. Bu o zaman üçün böyük vəsait idi. Bütün bu işləri təşkil etmək üçün Səhiyyə Nazirliyi ilə birgə komissiya yaratdıq. Əlillərin reabilitasiyası məşğul olduq. Həmin dövrdə mən həkimliyi də buraxmadım. Əlillərin problemləri ilə məşğul oldum. Moskvada “Müharibə əlillərinin reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda namizədlik müdafiə etdim. 2000-ci ilə qədər həkimlik fəaliyyətimi bu və ya digər formada davam etdirdim. 2000-ci ildən millət vəkili seçildikdən sonra demək olar ki, həkimliklə praktiki olaraq məşğul olmadım. Bildiyiniz kimi, sədr müavini olduğum Sosial Siyasət Komitəsi həmçinin səhiyyə problemləri ilə məşğul olur. Yəni sahə ilə bağlı qanun layihələrinin hazırlanmasında iştirak edirəm. Səhiyyə və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə, eyni zamanda keçmiş həkim dostlarımla əlaqəm var.
“Mənə həkim kimi müraciət etmirlər”
- İndi də sizə həkim kimi müraciət edirlər?
- Yox, indi mənə həkim kimi müraciət etmirlər. Amma nazirlikdə işləyən dövrdə olurdu. Poliklinikadan nazirliyə gedəndən sonra da müalicə etdiyim xəstələr həm evimə, həm nazirliyə gəlirdilər. Mən o zaman birbaşa müalicə yardımı göstərmirdim. Amma məsləhətlərimi verirdim, tanıdığım nevropatoloqların yanına göndərirdim. Səhiyyə işi belədir ki, ya gərək birbaşa onunla məşğul olasan, ya da heç məşğul olmayasan. Yəni xəstəyə bir dəfə baxmaqla müalicə ciddi iş sayılmaz. Ona görə də mən onlara ancaq məsləhətlərimi verirdim.
- Sizə həkim kimi tanınmış müxalifətçilərdən kimsə müraciət edibmi?
- Vallah, mənim dəqiq yadımda deyil. Amma xəstəyə iqtidar, müxalifət kimi yanaşmağı doğru hesab etmirəm. Təbii ki, müxalifətçilərdən də, iqtidarda olanlardan da mənə müraciət edən olub. Ancaq həmin insanların adını çəkmək etik baxımdan düzgün deyil. Yenə deyirəm xəstəyə onun şəxsiyyətinə, ideyalarına görə baxmaq olmaz.
- Öz əsəblərini bəs necə müalicə edirsiniz?
- Bir dəfə bir “yeni rusdan” soruşurlar ki, sən gəzmirsən, içki içmirsən, çəkmirsən, bəs gərginliyini necə çıxarırsan? Həmin şəxs cavab verir ki, mən ümumiyyətlə gərginləşmirəm. Yəni bunu deməkdə məqsədim odur ki, gərək insan əsəbiləşməsin, həyatda bütün gərginliklərə “bu da ötüb keçəcək” deyərək, Süleyman peyğəmbər müdrikliyi ilə baxasan. Həm işdə, həm ailəndə, ümumiyyətlə həyatda elə mühit yaradasan ki, gərginlik keçirməyəsən. Bu gərginlik də həyatın ritmidir. Böyük şəhərdə yaşayırıqsa, demək biz o gərginliyin içərisindəyik. Çalışmaq lazımdır ki, konfliktlərdən uzaq dursan, harmoniyanın içində yaşamağı bacarasan. Eyni zamanda, məşğuliyyətlərin növlərini tez-tez dəyişmək lazımdır. Yəni bu gün fiziki işlə çox məşğul olmusansa, sabah qeyri-fiziki işlərlə məşğul olasan - kitab oxuyasan, musiqi dinləyəsən. Orqanizm bir istiqamətdə yüklənməməlidir.
- Televiziyalardakı proqramlar insanların sağlamlığına nə kimi təsir göstərir?
- İndiki informasiya məkanı ruhi sistemi çox gərgin vəziyyətdə saxlayır. Həm televiziyalar, internet gərginlik yaradır. Çalışmaq lazımdır ki, uşaqları televiziyadan bir qədər aralamaq lazımdır, internetdən kənarlaşdırmaq gərəkdir. Zorakılığı təbliğ edən bədii filmlərə, həmçinin cizgi filmlərinə baxmaq uşaqların psixikasının alt qatına mənfi təsirini göstərir. Həmin uşaqlar ya zorakılığa meyilli uşaqlar olurlar, ya da daima zora məruz qalacağı qorxusu ilə yaşayırlar.
- Xəstələrinizə şeir həsr etmisinzmi?
- Xəstələrimə şeir həsr etməmişəm. Xəstə sənin yanına gəlib ki, dərdini danışsın. Sən də gərək onu müalicə edəsən.
- Şeirlə insanı müalicə etmək olarmı?
- Təbii ki, olar. Musiqi terapiyası, söz terapiyası var. Psixoterapiya sözlə müalicə deməkdir. Çalışmaq lazımdır ki, həkim xəstənin inamını qazansın. Əgər biz həkimə inanmasaq, o müalicənin də effekti olmayacaq. Belə bir fikir var ki, müalicə prosesində 3 faktor var: həkim, xəstəlik və xəstə. Həkimlə xəstə bir yerdədirsə, o zaman xəstəliyə qalib gəlinəcək. Əgər xəstə həkimlə bir yerdə deyilsə, onda xəstəlik onlara qalib gələcək.
- Sizin üçün həkimlik daha önəmlidir, yoxsa vəzifə?
- Bəzən mənə sual verirlər ki, şairlik, vəzifə, yoxsa həkimlik daha önəmlidir. Hesab edirəm ki, bütün bunlar insanın taledir. Ancaq həkimliyi bunların içində ən şərəfli peşə hesab edirəm. Bir xəstəni müalicə edirsən, sağalır və o üzündə sevinc yaranır. Sənin əlini sıxır və sənə “həkim, çox sağ ol” deyir. Hərdən o sözlər üçün darıxıram. Millət vəkilinin fəaliyyəti təkcə yalnız danışmaqdan ibarət deyil. Burada qanunlar hazırlanır, seçicilərin qayğıları, problemləri ilə məşğul olursan, siyasi fəaliyyətlə məşğul olursan. Yəni bunlar hamısı gərəkli işlərdir. Bunları da kimsə görməlidir. Mən özümü xoşbəxt hiss edirəm ki, həyatım boş keçmir:
Beş gün yaşa, yüz il yada,
Bir gün ömür gedir bada.
Hər gedənin bu dünyada,
Azdan-çoxdan qaları var.
- Şeir yazmağa nə vaxt başlamısınız?
- Şeir yazmaq Tanrı vergisidir. Üçüncü sinifdən başladım şeir yazmağa. İlk şeirimi həyətimizdəki çinar ağacına həsr etmişdim. Kənd həyatı çox gözəl olur - quşlar oxuyur, ağacların yarpağı xışıldayır. Sonradan vətənə, dostlara, təbiətə, sevgiyə şeirlər həsr etmişəm. Qarabağ müharibəsi zamanı bu mövzuda şeirlər yazmışam.
- Sevgi insanın sağlamlığına təsir göstərirmi?
- Təbii göstərə bilər. Qeyd edim ki, sevgi özü bir stress halıdır. Stress nə qədər ki, aradan qalxmayıb, insanın həyatında mənfi çalarlarını qoya bilir. Sevgiyə həsr olunmuş nə qədər şeirlər, poemalar, dastanlar var. Bunlar hamısı həyatdan götürülüb. Ərəb folkloru Məcnunu özü-özünə yaratmayıb ki? Yəqin ki həyatda onun prototipi olub. Həyatda bəzən insanlar Müəyyən yaşlarda reallıqları düzgün qiymətləndirə bilməyiblər, ya da taleləri gətirmir. Belə uğursuzluqlar olur hərdən. Təbii ki, bütün bunlar da insanın sağlamlığına təsirsiz ötüşmür.
- Sonda yazdığınız şeirinizdən birini deyərdiniz.
Musa Urud, hər nə varsa,
Səndən sonra da qalacaq.
Dərdin ağırı yaxına,
Yüngülü yada qalacaq.
Ömür arxdı dolub gedir,
Quşdu, lələk salıb gedir.
Hərə bir pay alıb gedir,
Şairə qada qalacaq.
Var-dövlət öləri şeydi,
Şan-şöhrət sənə ögeydi.
Söz haqdır, sözə baş əy ki,
Sözün dünyada qalacacaq.
Anar Məcidzadə

3105