CASCFEN rəhbərliyi APA-nın qonağı olub - FOTO
18 oktyabr 2012 10:16 (UTC +04:00)

CASCFEN rəhbərliyi APA-nın qonağı olub - FOTO

CASCFEN-dən Lent.az-a daxil olan məlumatda bildirilir ki, görüşdə Azərbaycan mediasının, özəlliklə də etik jurnalistika çərçivəsində fəaliyyəti, tərəfsiz və savadlı xəbərçilik məsələləri müzakirə edilib.

CASCFEN sədri Azər Həsrət bildirib ki, ölkənin aparıcı media qurumlarından biri kimi APA qrupuna daxil olan KİV vahidlərində etik və savadlı, daha çox ziyalı kəsimə xitab edən xəbər və araşdırmaların yayımlanması mütləq şəkildə oxucu rəğbəti qazanmaqdadır.

“Təsadüfi deyil ki, APA qrupuna daxil olan media qurumları istər ölkə içində, istərsə də ondan kənarda güvənilə biləcək xəbər qaynaqları kimi tanınır və dünyanın aparıcı KİV-ləri sizin məhsullarınızdan getdikcə daha çox istifadə edir. Bu onun göstəricisidir ki, APA qrupu fikir plüralizminə, tarazlaşdırılmış mövqeyə geniş meydan verir və ucuz sensasiya yaratmaq iddiasından uzaqdır. Əslində bizim təşkilat da belə bir jurnalistikanın ayaq tutmasını hədəfləməkdədir”, - deyə Azər Həsrət bildirib.

APA qrupunun rəhbəri Vüsalə Mahirqızı da öz növbəsində bildirib ki, başçılıq etdiyi media qurumları hər zaman intellektual imkanları yüksək olan oxuculara xitab etməklə bərabər ucuz sensasiya və cəmiyyətdə çaşqınlıq yarada biləcək əsassız dedi-qodulardan yayınmağa çalışır.

“Bizim əsas məqsədimiz odur ki, istər ölkə içində, istərsə də ölkə xaricindəki xəbər istehlakçılarımızın etibarını doğrulda bilək. Bunun üçünsə mütləq doğru, tərəfsiz, intellekt yükü üstün olan xəbər və araşdırmaların üzərində çalışırıq. Hansısa dedi-qodu, şayiə xarakterli xəbər və yazılardan hər zaman uzaq durmuşuq və elə buna görə də oxucularımızın sayı getdikcə artır”, - deyə Vüsalə Mahirqızı bildirib.

CASCFEN-in sədr müavini Rey Kərimoğlu da öz növbəsində qeyd edib ki, APA-ya daxil olan media qurumları zamanın nəbzini tutmaqla bərabər yeni texnologiyaların tətbiqində diqqət çəkən tərəqqiyə nail ola bilib.

“Bu gün biz müşahidə edirik ki, APA ailəsi özünün cəmiyyətə açıqlığı, fərqli düşüncələrə yer verməsi və tanınmış yazarlara tribuna verməsi baxımından örnək təşkil edir. Təbii ki, bizim də bir təşkilat olaraq əsas məqsədimiz məhz bu cür jurnalistikanın geniş yayılmasıdır”, - deyə Rey Kərimoğlu əlavə edib.
# 1148

Oxşar yazılar

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05
Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024 , 15:57
Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

24 may 2024 , 15:16
İtaliyanın baş prokuroru Azərbaycana gəlib

İtaliyanın baş prokuroru Azərbaycana gəlib

24 may 2024 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
ŞAD XƏBƏR:  Azərbaycanda gələn il  pensiyalar artacaq

ŞAD XƏBƏR: Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26