Şura üzvləri QHT maliyyələşdirilməsinin Çexiya təcrübəsini öyrənəcək
12 oktyabr 2012 11:02 (UTC +04:00)

Şura üzvləri QHT maliyyələşdirilməsinin Çexiya təcrübəsini öyrənəcək


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bir qrup üzvündən ibarət nümayəndə heyəti QHT maliyyələşdirilməsinin Çexiya təcrübəsini öyrənmək üçün bu ölkənin paytaxtı Praqa şəhərinə yola düşəcək.

Lent.az-ın məlumatına görə, Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 15-17-də Çexiya QHT-lərini maliyyələşdirən analoji qurumda görüşlər keçirəcək, QHT fəaliyyətinin tənzimlənməsi və layihə maliyyələşdirilməsi, QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Planının hazırlanması, QHT-lərin təsnifatlandırılması, hesabatlılıq və başqa istiqamətlərə aid toplanmış təcrübə ilə tanış olacaq, həmçinin qurumlar arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcək.
# 556

Oxşar yazılar