Bakı - Şamaxı yolunda qəza: ölən və yaralanan var
10 oktyabr 2012 20:12 (UTC +04:00)

Bakı - Şamaxı yolunda qəza: ölən və yaralanan var

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün günorta saatlarında yolun 32-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Kürdəmir rayon sakini, 1976-cı il təvəllüdlü Piriyev İlkin İkram oğlunun idarə etdiyi 90-JU-834 dövlət nömrə nişanlı “KaMAz” markalı minik maşını qarşı tərəfdən gələn Bakı sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Tofiq Sədirxan oğluna məxsus 90-FT-363 dövlət nömrə nişanlı “VAZ 21099” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində “Jiquli”nin sürücüsü Tofiq Allahverdiyev dünyasını dəyişib, onun qardaşı oğlu, 1990-cı il təvəllüdlü Allahverdiyev Asif Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
# 2986

Oxşar yazılar