Xəbərdarlıq: “Zəlzələ ocaqları oyana bilər”
“Azərbaycanın Şamaxı-İsmayılı ərazisində güclü yeraltı təkanın olması yaxınlıqda olan zəlzələ ocaqlarını oyada bilər”. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurumun apardığı bütün araşdırmaların nəticəsinə əsasən, Azərbaycanda seysmoloji bölgələrin ən aktivi məhz Şamaxı-İsmayıllı bölgəsidir: “Şamaxı-İsmayıllı ərazisi gərgin zonadır”.
Onun sözlərinə görə, oktyabrın 7-də baş verən zəlzələ zəif deyildi: “40 kilometr dərinlikdə olduğuna görə, bu zəlzələ əksər rayonlarda hiss olunsa da, dağıntı yaratmadı. Məsələn, Zaqatalada baş verən zəlzələ elə təxminən bu gücdə - 5,6-5,7 maqnitudada olmuşdu. Lakin dərinliyi 8-10 kilometr olduğundan dağıntı yaratdı. Dünən Şamaxıda, bu gecə Mingəçevirdə baş verən zəlzələlərin olması təbiidir. Çünki zona gərgindir və aktivlik davam edir. Bu təkanlardan sonra qırılmalar boyunca təkanlar olacaq”.
Mübariz Aslanov

Oxşar yazılar
Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35
Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 , 16:52
Sabah 3 rayon qazsız qalacaq
21 avqust 2025 , 16:32
Baş prokuror MDB Baş Prokurorlarının İcraçı katibini qəbul etdi
21 avqust 2025 , 15:02
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
21 avqust 2025 , 14:47
Milli Qəhrəman Hökümənin ailəsi Kəlbəcərə köçdü
21 avqust 2025 , 14:17