(R) Unibank kredit lotereyasının növbəti qaliblərini elan etdi
10 oktyabr 2012 13:28 (UTC +04:00)

(R) Unibank kredit lotereyasının növbəti qaliblərini elan etdi

Avqustun əvvəlindən start götürən “Kredit al, hədiyyə qazan” lotereyasının ikinci tirajının qalibləri olan 5 nəfər hərəyə 1000 AZN pul mükafatı udub. Onlar Bankın paytaxt və bölgə filiallarında Nağd kredit cəlb edən ABDULLAYEVA ZƏRNİŞAN QURBAN QIZI (eyniləşdirmə kodu – 1119610), QAFAROV RÖVŞƏN ƏLİ MURAD OĞLU (eyniləşdirmə kodu – 1047175), SOLTANOV RƏŞAD SOLTANAĞA OĞLU (eyniləşdirmə kodu – 1134584), HƏSƏNOV CAHİL HACIBALA OĞLU (eyniləşdirmə kodu – 1110712) və MƏMMƏDOV İLQAR HƏSƏN OĞLU (eyniləşdirmə kodu – 1140524)-dir.

Qaliblər ötən ay ərzində Bankdan Nağd kredit, “AL Kart” kredit xətti, mikrokreditlər, “Evdar xanım” və digər növ istehlak kreditləri alan müştərilər arasında elektron püşkatma üsulu ilə müəyyən edilib. Qaliblərin seçimi xüsusi kompüter proqramı vasitəsilə, kredit götürənlərin eyniləşdirmə nömrələri əsasında, müştərilər və jurnalistlərin iştirakı ilə təşkil olunan Lotereya Komissiyası tərəfindən aparılıb.

Lotereyanın növbəti tirajı Bankın Baş ofisində noyabrın 7-də keçiriləcək. Uduş fondu yenə 5 min manat təşkil edəcək. Tirajda oktyabr ayı ərzində istehlak krediti və mikrokredit alanlar iştirak edəcək. “Kredit al, hədiyyə qazan” lotereyasının şərtləri “Unibank”-ın əməkdaşlarına şamil olunmur. Aksiya 30-a yaxın filial və şöbələri əhatə etməklə, bankın bütün xidmət şəbəkəsi üzrə keçirilir.

Həmçinin xatırladaq ki, “Unibank”-da artıq 2500 manata qədər istehlak kreditlərinin girovsuz və zaminsiz verilməsi mümkündür. Kreditləri istənilən istehlak ehtiyaclar üçün 30 aya qədər cəlb etmək olar. Bu zaman kreditin məbləği hər bir borcalanın gəlirindən asılı olaraq fərdi qaydada müəyyən edilir və 300 AZN-dən 7000 AZN-ə qədər təşkil edə bilər. İstehlak kreditlərin şərtləri və lotereya aksiyası haqqında daha ətraflı məlumatı Bankın internet səhifəsində (http://unibank.az/az/private-clients/kampaniyalar/15minqazan ) və ya ( (012) 117 nömrəli telefona zəng etməklə əldə etmək olar.

Unibank – hər kəsin bankı!
# 826

Oxşar yazılar