Xərçəngdən əziyyət çəkən aparıcımız üçün 100 min avro toplandı
03 oktyabr 2012 12:51 (UTC +04:00)

Xərçəngdən əziyyət çəkən aparıcımız üçün 100 min avro toplandı

Xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış teleaparıcısı Hacı Nuran Hüseynovun müalicəsi üçün Azərbaycanda keçirilən xeyriyyə aksiyası uğurla başa çatıb. Bunu Lent.az-a açıqlamasında “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə deyib.

Teleaparcıya dəstək göstərən hər kəsə təşəkkürünü bildirən Bəhram Bağırzadə bildirib ki, toplanılan 100 min avro Hacı Nuranın 1,5 illik kimya terapiyası kursuna tələb olunan pulu ödəyəcək: “Nuran Filippin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Əmir Hüseynzadənin dəvəti ilə Filippindəki Amerika klinikasında, daha sonra isə Avstriyada müalicə olunacaq”.

Qeyd edək ki, uzun müddət televiziyalarda xeyirxah proqramların müəllifi olan Hacı Nuran sonuncu dəfə Xəzər Tv-də “Xeyir körpüsü” verilişini aparıb. Heç kimi olmayan Hacı Nuran ağciyərin onkoloji xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün tələb olunan 100 min avro bir ay ərzində toplanıb.

Jalə
# 3250

Oxşar yazılar