Nuşirəvan Məhərrəmli MTRŞ-in planlarını açıqlayıb
03 oktyabr 2012 11:01 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli MTRŞ-in planlarını açıqlayıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli rəhbərlik etdiyi qurumun ötən 10 ildəki fəaliyyəti və qarşıdakı 10 ildə nəzərdə tutulan planları barədə danışıb. Lent.az-ın verdiyi məlumata görə, Nuşirəvan Məhərrəmli deyib ki, MTRŞ-in ötən 10 illik fəaliyyətində əsas hədəf Azərbaycan efir məkanını sivil efir məkanına uyğun hazırlamaq olub. O bildirib ki, hazırda həm qanun, həm də praktik sahədə bu işlər görülür: “Hesab edirəm ki, Azərbaycan televiziyaları qonşu ölkələrindən, eldəcə də MDB ölkələrindən heç də geri qalmır”.


Nuşirəvan Məhərrəmli qeyd edib ki, növbəti 10 ildə MTRŞ teleradio sahəsində müəyyən işlər görməyi planlaşdırır: “Qarşıdakı illərdə əsasən rəqəmsal yayımla bağlı problemlər qarşımıza çıxacaq. Azərbaycanın iqtisadi inkişafı bu problemlərin tezliklə aradan qaldırılmasına rəvac verəcək. Bir daha qeyd etmək istəyirəm ki, telekanallarımızda maarifpərvər, milli-mənəvi dəyərlərə uyğun verilişlərin hazırlanmasını arzulayırıq”.

Jalə Məmmədli
# 754

Oxşar yazılar