Region gəncləri üçün İdeya Akademiyası qurulur
04 sentyabr 2012 16:58 (UTC +04:00)

Region gəncləri üçün İdeya Akademiyası qurulur

Layihə Azərbaycanın ucqar regionlarından olan gənclərin təşəbbüskarlığının artırılmasını, onlar tərəfindən verilmiş ideyaların layihə və proqramlar şəklində reallaşdırılmasına dəstək verilməsini nəzərdə tutur.

Ağcabədi, Füzuli və Beyləqan rayonlarında icra olunacaq layihə çərçivəsində təlim proqramlarının, ideya yarmarkalarının, praktiki fəaliyyətlərin və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Eyni zamanda region gənclərinin mütəmadi olaraq gənc liderlərlə, gənc deputatlarla, media rəhbərləri və digər tanınmış ictimai xadimlərlə bu layihə müddətində görüşmək imkanı da olacaq. Bu görüşlərdə qonaqların həmin gənclərə verdiyi tövsiyə və fikirlər onlarda yeni ideyaların formalaşmasına təkan verəcək.

Mərkəzdən verilən məlumata görə bu layihə çərçivəsində meydana çıxan ən maraqlı ideya və təkliflər Azərbaycan Gənclər Fondu ilə yanaşı, digər maraqlı qurumlara da təqdim olunacaq.
# 1070

Oxşar yazılar