ASAIF yeni heyətlə ilk görüş keçirib
04 sentyabr 2012 12:47 (UTC +04:00)

ASAIF yeni heyətlə ilk görüş keçirib

ASAİF mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ASAIF sədri Ramin Həkimovun iştirakı ilə keçirilən görüşdə müxtəlif ölkələrdə təhsil alan gənclər iştirak ediblər.

Görüşdə təşkilatın sədri tərəfindən seçim əsnasında yığılmış yeni heyət təqdim olunub. Ramin Həkimov gələcək fəaliyyət planlarından söhbət açıb və yeni təyin olunmuş heyətə uğurlar arzu edib. O qeyd edib ki, bu gün güclü gənclik yetişib və gənclərimiz Azərbaycan həqiqətlərini öz təhsil aldıqları universitetdə, yaşadıqları ölkədə layiqincə təbliğ etməyi bacarırlar. Eyni zamanda gənclər bu gün xarici tələbələrlə sıx əlaqələr quraraq, bu sahədə elmi və mədəni mübadiləni genişləndirməlidirlər.

Daha sonra görüş qarşılıqlı müzakirələr şəklində davam edib və təşkilatın 2 illik fəaliyyət planı ilə bağlı yenilik və dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.
# 1409

Oxşar yazılar