Qulu Novruzov: “Bu il 1-ci sinif şagirdləri yeni dərsliklərlə təmin olunacaq”
17 avqust 2012 13:15 (UTC +04:00)

Qulu Novruzov: “Bu il 1-ci sinif şagirdləri yeni dərsliklərlə təmin olunacaq”

Amma bütövlükdə, çap olunmuş dərsliklər pulsuz olaraq şagirdlərə verildikdən sonra yığılaraq növbəti ildə də şagirdlərə verilir. Çap olunacaq 4 milyondan çox nüsxənin 2 milyonu 1-5-ci siniflərə aid olan dərsliklərdir”. Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

Nazir müavininin müavini sözlərinə görə, artıq Azərbaycanda beşinci ildir ki, yeni kurrikulumla dərsliklər hazırlanır: “Bu o deməkdir ki, 4 il əvvəl Azərbaycanda məktəbə gedən şagirdlər yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin olunublar. Artıq qaydalara uyğun olaraq 4 ildən sonra 1-ci siniflərin dərslikləri tam yenidən çap olunmalıdır”.

Q. Novruzov bildirib ki, yeni kurrikulum əsasında yenidən çap olunan 1-ci sinif dərslikləri tamamilə yeni məzmunla şagirdlərə veriləcək: “Yəni bu il 1-ci sinifə gedən uşaqlar məzmunca və keyfiyyətcə tamamilə yeni dərsliklərlə təmin olunacaqlar. O cümlədən, 5-ci sinif şagirdləri isə ilk dəfə olaraq yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin ediləcəklər. Dərsliklərin çap olunması sahəsində əsas işlər görülüb və yeni dərs ili başlayana qədər dərsliklər tam olaraq məktəblərə çatdırılacaq”.
# 1669

Oxşar yazılar