Ali təhsil müəssisələrinə yerləşmənin nəticələri bu gün və ya sabah açıqlanacaq
17 avqust 2012 10:33 (UTC +04:00)

Ali təhsil müəssisələrinə yerləşmənin nəticələri bu gün və ya sabah açıqlanacaq

Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Mətbuat katibinin sözlərinə görə, ali təhsil müəssisələrinə yerləşmənin nəticələri bu gün və ya sabah açıqlana bilər: “Avqustun 19-dan 23-dək müddətdə qəbul olanların qeydiyyatı aparılacaq”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 7-dən internet vasitəsilə ixtisas seçimi aparıblar.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər isə müsabiqəyə buraxılmayacaq.

Anar
# 2008

Oxşar yazılar