40 dərəcə isti olacaq
14 avqust 2012 00:10 (UTC +04:00)

40 dərəcə isti olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəldikdə isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 29-34 dərəcə isti olacaq.
# 2720

Oxşar yazılar