Magistraturanın boş qalan yerlərinə müsabiqə başa çatır
13 avqust 2012 15:12 (UTC +04:00)

Magistraturanın boş qalan yerlərinə müsabiqə başa çatır

Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib. E. Nağızadənin sözlərinə görə, ixtisas seçiminə avqustun 7-dən start verilib: “Avqustun 15-dən 24-dək qəbul olanların qeydiyyatı aparılacaq”.

Mətbuat katibi onu da bildirib ki, Ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Qeyd edək ki, boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında qeyd olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilərlər.

Anar Məcidzadə
# 793

Oxşar yazılar