"Zelenskini  müharibəni davam etdirməyə sürükləyirlər” -  Lavrov
07 aprel 2022 17:04 (UTC +04:00)

"Zelenskini  müharibəni davam etdirməyə sürükləyirlər” - Lavrov

“ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi əməliyyatları dayandırmamağa təhrik edir”.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə xarici işlər naziri Serqey Lavrov bildirib. 

Lavrov onu da qeyd edib ki, rəsmi Vaşinqtonun bu hərəkəti sülhə maneə yaradır.

“Görünən odur ki, Kiyevi Vaşinqton və onun müttəfiqləri idarə edir. Onlar Zelenskini  müharibəni davam etdirməyə sürükləyirlər”, - o bildirib.

# 2823
avatar

Sevinc Fərid

Oxşar yazılar