Prezident irlandiyalı həmkarını təbrik etdi
15 mart 2014 15:34 (UTC +04:00)

Prezident irlandiyalı həmkarını təbrik etdi

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Prezident İlham Əliyev İrlandiya prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.

Lent.az-ın verdiyi məlumata görə, məktubda deyilir: “İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, Azərbaycan-İrlandiya əlaqələri daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək.

 

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar