Prezident İlham Əliyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib
01 mart 2013 15:35 (UTC +04:00)

Prezident İlham Əliyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
dövlət başçısı səfirin diplomatik fəaliyyəti dövründə ölkələrimiz  arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.

Səfir İnayat Ullah Kakar ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

# 426
avatar

Oxşar yazılar