Ordu valisi Azərbaycanda səfərdədir
08 aprel 2013 12:17 (UTC +04:00)

Ordu valisi Azərbaycanda səfərdədir

 

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Ordu valisi Orhan Düzgün ilə görüşüb. Lent.az-ın məlumatına görə, Ordu valisini  Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili  Azərbaycanla Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirib. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyən Q. Paşayeva ölkəmizlə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.

 

Azərbaycanı çox sevdiyini deyən Ordu valisi O. Düzgün qardaş Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyduğunu deyib. Vali  Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq,  iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu deyib.

 

Görüşün sonunda Ordu valisi millət vəkili Q. Paşayevanı Ordu valiliyinə dəvət edib. 

 

Q. Paşayeva Düzgünə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar hədiyyə edib.

# 644
avatar

Oxşar yazılar